RU

İsrail Ordusu "Hizbullah"ın dayaq məntəqəsinə zərbələr endirib

İsrail Ordusu “Hizbullah” silahlılarının Qəzza sektorunun Dahiya bölgəsindəki dayaq məntəqəsinə aviazərbələr endirib.

Bu barədə İsrail Ordusunun mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, sözügedən addım “Hizbullah”ın HAMAS silahlılarının mülki əhaliyə hücumlarına verdiyi dəstəyə cavab xarakteri daşıyır.

Məlumatda həmçinin aviazərbələr nəticəsində məntəqənin tamamilə məhv edildiyi vurğulanıb.

Избранный
177
7
herbiand.az

6Источники