Aktual.az xəbər verir ki, bu barədə Bardella "Cnews” telekanalına müsahibəsində deyib.
"Düşünürəm ki, fransızlar qəzəblənməlidir, biz bu həftə sonu nümayişlər təşkil edəcəyik, vərəqələr paylayacağıq”, - o bildirib.
Eyni zamanda o qeyd edib ki, xanım Le Penin işi üzrə hökm çıxaran hakimlərə ünvanlanan hər hansı təhdid və təhqir yolverilməzdir.
Qeyd edək ki, martın 31-də Paris məhkəməsi Marin Le Peni Avropa Parlamentinin vəsaitindən sui-istifadə etməkdə təqsirli bilib. O, dörd il müddətinə ev dustaqlığına məhkum edilib, cəzanın iki ili şərti olub. Həmçinin Le Pen də 2027-ci ildə keçiriləcək prezident seçkisində iştirak edə bilməyəcək.