RU

Taksi sürücülərinin boykot kampaniyası ləğv edildi

18:09 02.04.2025
18:09 02.04.2025

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) qaydalarına etiraz olaraq Taksi Sürücüləri Birliyi tərəfindən başladılan boykot kampaniyası ləğv edilib.

Mynews.az xəbər verir ki, bu barədə iqtisadiyyat.az-a Birliyin rəhbəri Elşad Eldarov məlumat verib.

Onun sözlərinə görə, müvafiq qurumdan taksi sürücülərinin tələblərinə baxılacağı bildirilib. Buna görə də, o, kampaniyanın ləğv olunduğunu elan edib və sürücüləri fəaliyyətlərini davam etdirməyə çağırıb.

Qeyd edək ki, taksi sürücülərinin tələbləri avtobus zolağında sərnişin mindirib düşürən zaman qüvvədə olan cərimə tətbiqinin ləğv edilməsi ilə əlaqədardır.


Избранный
134
11
mynews.az

10Источники