RU

MN hərbi hissəsində yataqxana tikdik, bizə cəmi 440 min manat ödənildi - Zahid Niftəliyevin məhkəməsi

Bakı. Trend:

Müdafiə Nazirliyinin Daxili Təhlükəsizlik, həmçininTəhsil-tədris və Elmi Tədqiqatlar İdarəsinin sabiq baş zabiti, 42milyonluq mənimsəmədə ittiham olunan Zahid Niftəliyevin ("ŞlyapaZahid") cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend xəbərverir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovunsədrliyi ilə keçirilən prosesdə “R.S” tikinti şirkətininictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yalçın Ələkbərov ifadəverib.

O, ifadəsində bildirib ki, 10 il öncə təşkil olunan tenderdəqalib gəliblər və müqavilə bağlayıblar:

“Şirkətimiz tikinti şirkətidir. Müqavilə əsasında MüdafiəNazirliyinin hərbi hissəsində yataqxana tikdik. Lakin bununqarşılığında bizə 440 min manat pul ödənildi. Pulumuzun qalanhissəsini güclə aldıq. Bununla bağlı Baş nazirin müavinininqəbulunda olduq. Sonra məhkəməyə müraciət etdik və qalib gəldik.Bizə 2 milyon dollar ödənildi. Mən təqsirləndirilən şəxsitanımıram, onu internetdə görmüşəm. Şirkət rəhbəri H.L. isəİngiltərədə yaşayır. Bu ay Azərbaycana gəlməsi gözlənilir”.

Şahidin ibtidai istintaqa verdiyi ifadə elan olunub.

Şahid istintaqa ifadəsində bildirib ki, müqavilə 7 milyon dollardəyərində olub və onlar Goranda hərbi hissədə yataqxanatikiblər.

Daha sonra təqsirləndirilən şəxsin vəkili məhkəməyə vəsatətverib.

Vəkil bildirib ki, Zahid Niftəliyev 14 aprel 2015-ci ildə“AtaBank”ın inzibati binasında olub:

“Onu ora kim göndərib? Mahir Rəfiyev? Həmin ərəfədə 682 min və625 min manat faiz borcu ödənilib. Mən 2015-ci il 14 aprel, 15iyul, 3 dekabr, 2016-cı il 25 fevral, 7 mart, 15 iyun, 24 iyun, 30iyul, 22-27-29 dekabr tarixlərində telefon danışıqlarının əhatədairəsinin müəyyən edilməsi üçün “Azercell” MMC-yə sorğuverilməsini xahiş edirəm”.

Vəsatətin növbəti prosesdə müzakirə olunacağı bildirilib.

Proses mayın 7-də davam etdiriləcək.

Qeyd edək ki, Zahid Niftəliyev rüşvət almaqda ittiham olunaraqbir müddət əvvəl həbs olunub. Ona Tərtər Hərbi Məhkəməsinin hökmüilə şərti cəza verilib, azadlığa buraxılıb. Daha sonra o, DövlətTəhlükəsizliyi Xidmətinin (DTX) İstintaq baş idarəsi tərəfindənhəbs edilib.

İstintaq dövründə Gəncə Apellyasiya Məhkəməsi prokurorluğunTərtər Hərbi Məhkəməsinin hökmü ilə bağlı protestini təmin edib.Zahid Niftəliyev vəzifə saxtakarlığı və külli miqdarda rüşvətalmaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrumedilib.

Bundan başqa Zahid Niftəliyev hazırda məhkəmədə araşdırılancinayət işi üzrə öz adına formal şirkət açaraq “AtaBank”dangötürülmüş 42 milyon manat kredit vəsaiti üzrə çıxarılmış məhkəməqətnaməsini qərəzli olaraq icra etməməkdə ittiham olunur.

İttihama əsasən, Zahid Niftəliyev məqsədyönlü şəkildə həminməbləğdə kredit almaq məqsədilə “Şahin-CO” adlı şirkət yaradıb,şirkət təsərrüfat və maliyyə vəziyyəti barədə “AtaBank” ASC-yəsaxta məlumatlar təqdim etməklə 2016-cı ildə 12 ay müddətinə 42milyon 470 min 885 manat kredit alaraq xüsusilə külli miqdardaziyan vurub. O, götürülmüş kreditin ləğv prosesində olan “AtaBank”ASC-yə ödənilməsi ilə bağlı məhkəmə qətnamələrini qərəzli olaraqicra etməyib.

Onu da qeyd edək ki, xüsusilə külli miqdarda mənimsəməcinayətində iştirakı araşdırılan digər şəxslərlə bağlı DTX-dəcinayət işi ayrılıb.

Məqalədə:
Избранный
163
25
az.trend.az

10Источники