Aktual.az xəbər verir ki, bu barədə xarici media məlumat yayıb.
"Flight Radar 24” saytının məlumatına görə, SEPAH təyyarəsi həmin gün səhər saatlarında "w5998” reysi ilə Tehrandan Sudan limanına uçub.
SEPAH-a yaxın bir mənbə də təsdiqləyib ki, bu təyyarənin yükü silah və hərbi texnika və müxtəlif pilotsuz təyyarələr olub.
Qeyd edək ki, SEPAH-a məxsus "Fars Air Qeşm” aviaşirkəti terror qruplaşmalarını silahla təchiz etdiyinə görə Amerikanın sanksiyalarına məruz qalıb.