RU

Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası nazirlərin 3-cü iclasları keçiriləcək

Bakı. Trend:

Aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurasıçərçivəsində nazirlərin 11-ci iclası və Yaşıl Enerji MəşvərətŞurası çərçivəsində nazirlərin 3-cü iclası keçiriləcək.

Energetika Nazirliyindən Trend-ə bildirilib ki, toplantıya Azərbaycan və Avropaİttifaqı daxil olmaqla 24 ölkə, 7 beynəlxalq maliyyə institutu və42 enerji şirkəti qatılacaq. Tədbirdə nazirlər, nazir müavinləri vədigər yüksək səviyyəli nümayəndələr iştirak edəcək.

Toplantı açılış sessiyasından sonra Nazirlər sessiyası, “CənubQaz Dəhlizi sessiyası: Cənub Qaz Dəhlizinin uğurlu istismarı,inkişafında tərəqqi və növbəti addımlar” və “Yaşıl enerjilayihələri və yaşıl enerji dəhlizləri” üzrə plenar sessiyalarladavam edəcək.

Həmçinin Məşvərət Şurası çərçivəsində Azərbaycan, Türkiyə,Gürcüstan və Bolqarıstan arasında yaşıl enerjinin ötürülməsi vəticarəti üzrə 2-ci Nazirlər Görüşü, Xəzər-Qara Dəniz-Avropa YaşılEnerji Dəhlizi üzrə qeyri-rəsmi Rəhbər Komitə/Nazirlər Görüşü vəAzərbaycan ilə Avropa İttifaqı arasında Dənizdə külək enerjisinininkişafı üzrə Dəyirmi Masa keçiriləcək.

Tədbir çərçivəsində enerji sahəsində əməkdaşlıq üzrə sənədlərinimzalanması nəzərdə tutulur.

Tədbirin sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlərin 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsindənazirlərin 3-cü iclaslarının yekunlarına dair mətbuat konfransıkeçiriləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlər toplantısı 2015-ci ilin fevral ayından etibarənkeçirilir.

Избранный
225
22
az.trend.az

10Источники