Demokrat.az "Qafqazinfo”ya istinadən xəbər verir ki, 1991-ci il təvəllüdlü Orxan Məmmədova aprelin 1-də rayon məhkəməsinin qərarı ilə 6 sutkalıq həbs verilib.
Şöbədə mütəxəssis vəzifəsində çalışan Orxan İnzibati Xətalar Məcəlləsinin 510-cu (Xırda xuliqanlıq) maddəsi ilə təqsirli bilinib.
İnzibati xəta haqqında protokol araşdırılarkən məlum olub ki, dövlət qurumunun Goranboy şöbəsinin rəisi Elxan Feyziyev Orxanın vəzifəsinin dəyişdirilməsi və otağının boşaldılmasına göstəriş verib. Bundan narazı qalan işçi şöbə rəisinin otağına gedərək məsələni aydınlaşdırmaq istəyib və vəzifəsinin dəyişdirilməsinə dair yazılı əmrin təqdim edilməsini tələb edib.
Bu zaman şöbə rəisi ilə əməkdaş arasında dava-dalaş düşüb. Davanı idarənin digər əməkdaşları rəisin otağına daxil olaraq sakitləşdiriblər.
Bundan sonra Orxan barəsində polisə şikayət edilib və onun cəzalandırılması tələb olunub.
10Источники
-
azia.azSHXÇDX-nin Goranboy rayon .şöbəsin baş verən davanın yeni təfərrüatları ( 16355625)
-
mia.azRƏİSLƏ İŞÇİ DALAŞDI, İŞƏ POLİS QARIŞDI - Dövlət Xidmətində dava ( 16352169)
-
news24.azDövlət qurumunda dava - Həbs edilən var ( 16340035)
-
azreform.infoİşçi rəisin otağına girib onunla dalaşdı - Dövlət qurumundakı olay həbslə bitdi ( 16345199)
-
reyting.azDövlət qurumunda dava: rəis işçini tutdurub ( 16345141)
-
mia.azRƏİSLƏ İŞÇİ DALAŞDI, İŞƏ POLİS QARIŞDI - Dövlət Xidmətində dava ( 16345089)
-
olke.azİşçi rəisin otağına girib onunla dalaşdı - Dövlət qurumundakı olay həbslə bitdi ( 16344705)
-
demokrat.azVəzifəsini dəyişdirmək istəyən rəislə dalaşdı, həbs edildi ( 16343293)
-
afn.azDövlət qurumunda dava - Dövlət qurumunda dava - Həbs edilən var ( 16342271)
-
qaziler.azSəfərbərlik xidmətində rəislə mütəxəssis arasında DAVA ( 16342173)