Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə ağır itki üz verib.
aia.az-ın "Unikal"a istinadən məlumatına görə, Hikmət Hacıyevin atası Fərhad Hacıyev axşam saatlarında dünyasını dəyişib. Məlumata görə, 87 yaşlı F.Hacıyev ürəktutmadan vəfat edib.
Qeyd edək ki, Fərhad Hacıyev sabah Bakıda dəfn olunacaq.