"Mədəniyyət" qəzetinin çapı dayandırılıb.aia.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb. Qeyd olunur ki, mətbu orqan bundan sonra fəaliyyətini elektron formatda davam etdirəcək.Xatırladaq ki, "Mədəniyyət" qəzetinin ilk sayı 1991-ci ilin yanvarın 2-də nəşr olunub. Qəzetin təsisçisi Mədəniyyət Nazirliyidir.