RU

İsrail baş naziri ABŞ-a təcili səfər edib: Ağ Evdə nələr müzakirə ediləcək?

"Əsas diqqət əsirlərin azad edilməsi və regiondakı təhlükəsizlik məsələlərinə yönələcək..."
 
İsrail baş naziri Binyamin Netanyahu, aprelin 6-da Macarıstandakı rəsmi səfərini başa vuraraq ABŞ-a, Vaşinqtona gedib.
 
Moderator.az xəbər verir ki, bu barədə "vesty.co" nəşri yazıb.
 
Məlumatda deylir ki, Netanyahi ABŞ prezidenti Donald Tramp ilə görüşəcək. Bu görüşün əsas mövzusu Qəzza bölgəsində əsir düşən İsrail vətəndaşlarının azad edilməsi olacaq. Görüşün digər rəsmi səbəbi isə ABŞ-ın İsrail mallarına tətbiq etdiyi 17 faiz rüsumdur. Lakin əsas məsələ əsirlərin azad edilməsi və regiondakı təhlükəsizlik məsələləri olacaq.
 
ABŞ-ın prezidenti administrasiyası İsrailin Qəzzadakı hərbi əməliyyatlarını dəstəkləyib, lakin ABŞ-ın dəstəyi sərhədsiz deyil. Qəzzadakı vətəndaş itkilərinin artması, dünya miqyasında İsraillə bağlı təzyiqlərin yüksəlməsinə səbəb olub. Bu səbəbdən Tramp Səudiyyə Ərəbistanı ilə İsrail arasında əlaqələri normallaşdırmaq məqsədilə Qəzzada müvəqqəti sakitlik istəyir.
 
Səfərin digər önəmli mövzusu isə İsrailin ticarət məsələləridir. ABŞ İsrail mallarına 17 faiz rüsum tətbiq edib və İsrail tərəfi bu qərara qarşı tədbirlər görüb. Həmçinin, ABŞ-ın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoffun danışıqlara qatılması gözlənilir.
 
Bu, öz növbəsində əsirlərin azad edilməsi məsələsinin ən vacib mövzu olduğunu göstərir. İsrail bu məsələdə təzyiqi artırmaq üçün ABŞ-ın vasitəçiliyini istəyir və Misir və Qətər kimi regiondakı tərəfdaşlarına təzyiq göstərilməsini planlaşdırır.
 
İsraildə bu səfərin çox önəmli olduğu vurğulanır, çünki ABŞ-ın müdaxiləsi ilə əsir mübadiləsinin sürətləndirilməsi və razılaşmanın bağlanması ehtimalı artır. Netanyahu Trampdan ABŞ-ın regional tərəfdaşları üzərində təzyiq göstərərək, həm də İsrailə daha çox dəstək verməsini istəyəcək.
 
Netanyahu həmçinin Qəzzadakı hərbi əməliyyatların təzyiqi ilə bağlı bəzi irəliləyişlərin olduğunu bildirir. Həmçinin, qeyd olunur ki, Pesah bayramına, yəni 12 aprelə qədər bəzi vacib dəyişikliklər ola bilər. Lakin nəticələr hələ də qeyri-müəyyəndir, çünki qarşı tərəf (HƏMAS) ilə danışıqlar çətin və mürəkkəbdir.
 
Ticarət məsələlərinə gəldikdə isə, ABŞ-ın tətbiq etdiyi 17 faiz  rüsum İsrail üçün ciddi problem yaradır. İsrail bu rüsumun ləğv edilməsi üçün ABŞ-ın ticarət vergilərini dayandırmasını təklif edib, lakin Tramp administrasiyası bu təklifi qəbul etməyib. Bu vəziyyət ABŞ ilə İsrail arasındakı ticarət əlaqələrində gərginlik yaradır.
Избранный
284
50
moderator.az

10Источники