Fələstinin HAMAS hərəkatı Aşdod şəhəri də daxil olmaqla, İsrailin cənubunu atəşə tutmağa görə məsuliyyəti öz üzərinə götürüb.
APA xəbər verir ki, müvafiq bəyanatı hərəkatın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” qruplaşması “Telegram” kanalında yayıb.
“İsrailin dinc əhaliyə qarşı cinayətlərinə cavab olaraq biz Aşdod şəhərinə raket zərbəsi endirdik”, - məlumatda deyilir.