Olaylar.az xəbər verir ki, Sumqayıt, Şirvan, Astara və Göyçay sakini olan bir neçə şəxsin müraciəti əsasında əvvəllər də dələduzluq və hədə-qorxu ilə tələb etmə cinayətlərinə görə məhkum olunmuş "İynə" satirik jurnalının baş redaktoru 62 yaşlı Baloğlan Mirzəliyev və redaktoru 55 yaşlı Elxan Heydərov DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıblar.
Fakta görə cinayət işi başlanılıb, istintaq hərəkətləri davam etdirilir.
DİN-in Mətbuat Xidmətindən APA-ya məlumatı təsdiqləyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31