RU

Xanlar Vəliyev yeni vəzifəyə gedir: Ölkənin hərbi prokuroru dəyişir - Baş Prokurorluqda vida tədbiri oldu (FOTOLAR, YENİLƏNİB)

Azərbaycan Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.

Mia.az xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev Xanlar Vəliyevin uzunmüddətli və qüsursuz xidməti dövründə hüquq-mühafizə orqanlarında göstərdiyi yüksək peşəkarlığı, qanunçuluğun və hüquq qaydasının möhkəmləndirilməsində, cinayətkarlığa qarşı mübarizədə, insan hüquq və azadlıqlarının müdafiəsində, xüsusilə də Hərbi Prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsində əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib.

Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsindən gedir.

Mia.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu, onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.

O, Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.

Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 17 mart 2025-ci tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülüb.

Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.

Избранный
98
28
mia.az

10Источники