ABŞ prezidenti Donald Tramp ölkənin kömür sənayesinin inkişafını sürətləndirmək üçün nəzərdə tutulmuş sərəncamlar imzalayıb...
Poliqon xəbər verir ki, Tramp sənədlərin məqsədi Amerikanın kömür sənayesinin siyasi dünyada baş verən dəyişikliklərdən asılı olmamasını təmin etmək üçün imzaladığını bildirib. Tramp kömürü ucuz, etibarlı enerji mənbəyi adlandırıb və əlavə edib ki, ABŞ-də “digər ölkələrdən daha çox kömür var”.
İmzalanan birinci fərman federal torpaqların kömür hasilatı üçün verilməsinə qoyulmuş moratoriumun ləğvini və bu sahədə yeni layihələrin maliyyələşdirilməsini artırır. İkinci sənəd ABŞ-nin əvvəlki administrasiyasının bəzi kömür mədənlərinin bağlanmasına səbəb ola biləcək təşəbbüslərini ləğv edir.
Üçüncü fərman enerji sektorunun etibarlılığının və təhlükəsizliyinin artırılmasına yönəlib. Dördüncü sərəncam Ədliyyə Departamentinə ayrı-ayrı ştatların kömür siyasətini konstitusiyaya uyğunluğunu yoxlamaq səlahiyyəti verir.
Qeyd edək ki, daha əvvəl Bloomberg Agentliyi mənbələrə istinadən fərmanların imzalanması barədə məlumat yaymışdı. Agentliyin məlumatına görə, qərar süni intellektlə bağlı layihələrin həyata keçirilməsi fonunda qəbul edilir.
Poliqon.info