Milli Məclisin aprelin 11-də keçiriləcək plenar iclasının gündəliyi dəyişib.
Azərbaycan Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru Xanlar Vəliyevin səlahiyyət müddətinin başa çatması münasibətilə aprelin 8-də Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə tədbir keçirilib.
Mia.az xəbər verir ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev daha sonra Xanlar Vəliyevə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2025-ci il tarixli, 527 nömrəli Sərəncamı ilə verilmiş 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni Baş prokuror tərəfindən təqdim edib.
Xanlar Vəliyev Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsindən gedir.
Mia.az Bakıvaxtı.az-a istinadla xəbər verir ki, bu, onun səlahiyyət müddətinin başa çatması ilə əlaqədardır.
O, Gəncə şəhər prokurorluğunda böyük müstəntiq, prokuror köməkçisi, Qazax və Şəmkir rayon prokurorlarının müavini vəzifələrində işləyib, 1993-2000-ci illərdə Azərbaycan Respublikası Baş prokurorunun müavini olub.
Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2005-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Baş prokurorunun müavini - Azərbaycan Respublikasının Hərbi prokuroru vəzifəsinə təyin edilib və hazıradək həmin vəzifədə qulluğunu davam etdirir.
Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2008-ci il tarixli Sərəncamı ilə “Azərbaycan bayrağı” ordeni, 28 sentyabr 2018-ci il tarixli Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, 17 mart 2025-ci tarixli Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Hərbi xidmətlərə görə” medal və digər medallarla təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 18 mart 2015-ci il tarixli Sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası" fəxri adına layiq görülüb.
Prokurorluğun fəxri işçisi X.R.Vəliyev ədliyyə general-leytenantı hərbi rütbəsindədir. Hüquq üzrə fəlsəfə doktorudur. O, müxtəlif məzmunlu məqalələrin, elmi əsərlərin, monoqrafiyaların, kitabların və dərs vəsaitlərinin müəllifidir.