17:02
Səfirliklərin işinin normallaşdırılması ilə bağlı Rusiya və ABŞ arasında İstanbulda keçirilən məsləhətləşmələr başa çatıb.
Bu barədə TASS məlumat yayıb.
Danışıqlar 5 saatdan çox davam edib.
ABŞ nümayəndə heyəti Rusiyanın İstanbuldakı Baş konsulluğunu birinci tərk edib.
***
11:19Rusiya və ABŞ nümayəndə heyətləri arasında səfirlik fəaliyyətinin bərpası və diplomatik əlaqələrin normallaşdırılmasını müzakirə etmək üçün İstanbulda danışıqların ikinci raundu başlayıb.
Görüş Rusiyanın İstanbuldakı Baş konsulluğunda keçirilir.

İki ölkənin nümayəndə heyətləri artıq İstiqlal küçəsində yerləşən Rusiyanın Baş Konsulluğunun binasına gediblər.
Rusiya nümayəndə heyətinə Vaşinqtondakı səfir Aleksandr Darçiyev, ABŞ nümayəndə heyətinə isə dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini Sonata Koulter rəhbərlik edəcək.
Daha əvvəl A.Darçiyev danışıqlar zamanı diplomatik əmlakın qaytarılması məsələsini qaldıracağını bildirmişdi.
Qeyd edək ki, tərəflər arasında ilk məsləhətləşmələr Ər-Riyadda keçirilib və 12 saatdan çox davam edib. Danışıqların yekunlarına görə, Ağ Ev Rusiya və ABŞ-nin təhlükəsiz gəmiçiliyi təmin etmək, həmçinin Qara dənizdə güc tətbiqindən çəkinmək barədə razılığa gəldiyini bəyan edib.Danışıqlar qapalı formatda aparılır.