Paytaxtın Nizami rayonu, Heydər Əliyev prospektiylə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş vermiş ağır qəzanın fotogörüntüləri sosial şəbəkədə yayılıb.
Avtosfer.az-ın məlumatına görə, “Bolt” taksi şirkətinin sürücüsü - Nəcəfov Anar Şahmar oğlunun idarə etdiyi 77-UY-524 dövlət nömrə nişanlı “BYD” markalı avtomobillə qəza törədib. Belə ki, kənar yoldan çıxan maşın maneəni dağıdıb və tunel istiqamətində hərəkətdə olan 99-JN-288 dövlət nömrə nişanlı “Ford Transit” markalı yük maşınının üstünə düşərək onu aşırıb. Nəticədə hər iki avtomobil sıradan çıxıb, “BYD”nin sürücüsü yüngül bədən xəsarətləri alıb. Eyni zamanda qəza zamanı yol infrastrukturuna ciddi maddi ziyan dəyib.
Faktla bağlı araşdırma davam edir.
Nərmin






