RU

Bu il istilik mövsümü uzadılacaq?

Bu

Aprelin ayının 15-də Bakıda və 9 dağ rayonunda istilik mövsümü başa çatır. Lakin havanın temperaturu hələ də aşağıdır.Belə halda istilik mövsümü uzadıla bilər?“Ulusum”.az Trend-ə istinadən xəbər verir ki, "Azəristiliktəchizat" ASC-nin PR meneceri Rüxsarə Babayeva bildirib ki, payız-qış mövsümünün başlanılması və başa çatdırılması tarixləri qanunvericiliklə tənzimləndiyini bildirib."Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 5 sentyabr 2023-cü il tarixli, 303 nömrəli qərarı ilə təsdiq edilmiş "İstilik enerjisindən istifadə qaydaları"na əsasən, respublikanın dağlıq rayonlarında 1 noyabr tarixindən, Bakı şəhəri və digər ərazilərdə isə 15 noyabr tarixindən etibarən istilik verilişinə başlanılıb", - qurum rəsmisi vurğulayıb.R. Babayeva qeyd edib ki, Bakı şəhəri və respublikanın regionlarında 2024-2025-ci illər payız-qış mövsümü müvafiq qanunvericiliyə əsasən 15 aprel tarixində başa çatacaq."Cəmiyyətin qazanxanalarının fəaliyyət göstərdiyi 9 dağ rayonu (Şuşa, Qəbələ, Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran, Lerik və Şamaxı) qanunvericiliyə əsasən mövsümün 1 may tarixinədək davam etdirilməsi nəzərdə tutulub", - deyə o əlavə edib.

Diqqət Çəkənlər

ABŞ-da SƏS SALAN AZƏRBAYCANLI - VİDEO

Ən böyük səhv - Yatmadan əvvəl qidalandırıcı gecə kremi çəkmək

Bu, onların üçüncü görüşü olacaq: Trampın adamı Putinin qapısında

Избранный
114
14
ulusum.az

10Источники