RU

Ersin Tatar Azərbaycanla təhsil və turizm sahəsində əməkdaşlığı inkişaf etdirməyi təklif edib

Azərbaycan və Şimali Kipr Türk Respublikası arasında akademik və mədəni mübadilə ikitərəfli münasibətlərin daha da möhkəmlənməsinə əhəmiyyətli töhfə verə bilər.

“Report” xəbər verir ki, bu barədə Şimali Kiprin Prezidenti Ersin Tatar “Baku TV”yə müsahibəsində bildirib.

"Azərbaycan Şimali Kipr üçün qardaş dövlətdir. Həmişə dediyimiz kimi, Türkiyə, Azərbaycan və Şimali Kipr Türk Respublikası bir millət, üç dövlətdir. Buna görə də biz özümüzün də olduğumuz türk dövləti kimi Azərbaycana xüsusi yaxınlıq hiss edirik.

Prezident İlham Əliyevlə bu yaxınlarda görüşüm zamanı turizm və təhsil sahələrində əməkdaşlığımızı inkişaf etdirməyi təklif etdim. Xüsusilə universitetlərimiz arasında tələbə mübadiləsi proqramına başlamaq təşəbbüsünü irəli sürdüm. Kiprdə Azərbaycan haqqında daha çox məlumat əldə etmək istəyən çoxlu gənc var və hesab edirik ki, belə akademik və mədəni mübadilə bir-birini qarşılıqlı şəkildə töhfə verə bilərdi", - o bildirib.

Избранный
260
6
report.az

10Источники