RU

Tramp Baydenin Rusiyaya qarşı sanksiyalar paketini UZATDI

ABŞ Prezidenti Donald Tramp sələfi Co Baydenin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar paketinin müddətini bir il müddətinə uzadacaq fərman imzalayıb.

Publika.az xəbər verir ki, bu barədə ştatların Federal Reyestrində yer alan bildirişdə deyilir .

Söhbət 14024 saylı fərmandan gedir. Sənəd 2021-ci il aprelin 15-də qəbul edilib. İlkin olaraq kiberhücumlarda iştirakda, ABŞ seçkilərinə müdaxilədə, sanksiyalardan yayınmada və s.-də ittiham olunan Rusiya fiziki və hüquqi şəxslərinə qarşı məhdudiyyətlər tətbiq edilib.

Aprelin 2-də "Reuters" xəbər verib ki, 25 demokrat və 25 respublikaçıdan ibarət ABŞ Senatının yarısı birləşərək Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi ilə bağlı qanun layihəsi irəli sürüb. Layihənin əsas müəllifləri senatorlar Lindsey Qraham və Riçard Blumentaldır .

Избранный
162
10
publika.az

10Источники