RU

BMT Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar barədə məlumat yayıb

Rusiya Federasiyası ilə ABŞ arasında Ukrayna ilə bağlı danışıqlar yalnız ikitərəfli xarakter daşıyır, Birləşmiş Millətlər Təşkilatı (BMT) vasitəsilə deyil.

Editor.az xəbər verir ki, bu sözləri Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski müsahibəsində deyib.

“İndiyə qədər hər şey ikitərəfli formatda gedirdi. Biz BMT-nin işi ilə bağlı məsələlər üzrə ABŞ ilə ikitərəfli dialoqumuzu dayandırmamışıq”, – diplomat bildirib.

Polyanski daha əvvəl bildirmişdi ki, BMT-dəki qərb diplomatları Rusiya və ABŞ arasında danışıqları pozmağa çalışırlar.

//Gülnarə Abasova, Editor.az

Избранный
128
16
editor.az

10Источники