RU

Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə Azərbaycanda keçiriləcək

Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) “Aviasiya Enerji Forumu 2025” mayın 13-15-i tarixlərində Bakıda keçiriləcək.

Bu barədə “Azərbaycan Hava Yolları” QSC-nin prezidenti Samir Rzayev bildirib.

Onun sözlərinə görə, Aviasiya Enerji Forumu Qafqazda ilk dəfə keçiriləcək.

Məlumata əsasən, forum çərçivəsində sənayenin ən aktual prioritetləri müzakirə ediləcək, aviasiya sahəsində səmərəliliyin artırılması, innovasiyaların təşviqi və 2050-ci ilə qədər “Xalis Sıfır” emissiya (“Net Zero Emissions”) hədəfinə nail olunması istiqamətində fikir mübadiləsi aparılacaq.

Избранный
153
21
aznews.az

10Источники