RU

Maliyyə hesabatları üzrə 2 milyard manatdan çox təhriflər aşkar edilib

Bakı. Trend:

Azərbaycan Respublikası Hesablama Palatası 2024-cü ilin işplanına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti üzrətədbirlərlə maliyyə hesabatları ilə bağlı 2 milyard 66,2 mln. manatməbləğində təhrifləri aşkar edilib.

Trend xəbərverir, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıqkomitəsinin bu gün keçirilən iclasında müzakirə olunan “AzərbaycanRespublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqındahesabat”ında öz əksini tapıb.

Maliyyə təhrifləri üzrə 2066,2 mln. manatın 1734,2 mln. manatıauditlər (NMR üzrə İdarə də daxil olmaqla) üzrə, 332 mln. manatıisə analitik fəaliyyət üzrə aşkarlanmış təhriflərdən ibarətdir.

Keçirilmiş auditlərlə maliyyə elementləri üzrə aşkarlanmıştəhriflər ümumiləşdirilməklə iki istiqamətdə qruplaşdırılıb.

Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlarındaməlumatların əks etdirilməməsi kimi təhriflər -807,3 mln. manat,maliyyə hesabatlarında digər qrupa aid edilən təhriflər 907,9 mln.manat təşkil edib. Bundan əlavə, Naxçıvan MR üzrə idarə tərəfindənmüəyyən edilmiş təhriflərin məbləği 19,0 mln. manat olub.

Избранный
97
9
az.trend.az

10Источники