RU

Daha iki şərt. Niyə Azərbaycanla Ermənistan hələ də sülh müqaviləsi imzalamayıb?

Məqalə barədə məlumatMüəllif, Qriqor Atanesyan, Məhərrəm ZeynalovVəzifə, BBC News Rusca

Ermənistan və Azərbaycan sülh müqaviləsinin yekun mətni üzrə razılığa gəliblər, lakin sülh hələ çox uzaqdır; prinsipial məsələlər üzrə fikir ayrılıqları aradan qaldırılmayıb və ekspertlər Rusiyanın regionda öz təsirini bərpa etmək üçün vəziyyətdən yararlanacağından ehtiyat edirlər.

Martın sonunda, xəstəxanadan çıxdığı gün Roma Papası Fransisk möminlərə müraciətində xəstəxanada yatdığı zaman baş verənləri sadalayıb. Onların arasında postsovet məkanından nadir xoş xəbər də var idi.

"...Mən şadam ki, Ermənistan və Azərbaycan sülh sazişinin yekun mətni üzrə razılığa gəliblər. Ümid edirəm ki, o, ən qısa zamanda imzalanacaq və beləliklə, Cənubi Qafqazda davamlı sülhün bərqərar olmasına kömək edəcək", - Roma Papası yazıb. Onun ruh yüksəkliyini dünyanın 60-dan çox ölkəsində bölüşüblər.

Martın 13-də Yerevan və Bakı elan etdilər ki, sülh müqaviləsi üzərində dörd illik işdən sonra son iki mübahisəli müddəanı razılaşdırıblar.

Lakin Azərbaycan Prezidenti İlham Əliyev əlavə şərtləri təkrarlayıb: Ermənistan konstitusiyası dəyişdirilməli və ATƏT-in Minsk qrupu buraxılmalıdır. Yerevan hər iki tələbi qəbul etməyə hazırdır, lakin əsas qanunun dəyişdirilməsi referendum keçirilməsini tələb edir, onun nəticəsini isə proqnozlaşdırmaq mümkün deyil.

Azərbaycan və Ermənistan sülhə yaxınlaşdıqlarını deyirlərAzərbaycan və Ermənistan hakimiyyəti xalqların iştirakı olmadan sülhü necə müzakirə edirRuben Vardanyan Azərbaycan həbsxanasına necə düşdü? Milyarderin siyasət sərgüzəştləri

Ekspertlər xəbərdarlıq edir ki, əgər indi iki ölkənin mövqeləri yaxınlaşıbsa, prosesin ləngidilməsi sülh şanslarını məhv edə bilər. Görünməmiş güzəştlərə getməyə hazır olan Ermənistanın hakim partiyası yerli seçkilərdə get-gedə daha zəif nəticə əldə edir, müxalifət isə daha sərt barışmazlıq nümayiş etdirir.

Ermənistanda və Azərbaycanda müşahidəçilər də Rusiyanın danışıqlara müdaxilə edəcəyindən narahatdılar. Ukraynaya başlatdığı genişmiqyaslı işğalın əvvəlində Cənubi Qafqaza marağını itirmiş Rusiya, Kiyevlə barışıq əldə olunacağı təqdirdə bölgəyə qayıtmağa cəhd edə bilər.

Həlak" loading="lazy" width="1388" height="782">

Şəklin mənbəyi, AFP

Избранный
215
bbc.com

1Источники