RU

Ceyhun Bayramov yeni Çin səfirinin etimadnaməsinin surətini qəbul edib

Xarici işlər naziri Ceyhun Bayramov aprelin 15-də Çin Xalq Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfiri Lu Meyi qəbul edib.

Xarici İşlər Nazirliyindənbildrilib ki, səfir Lu Mey etimadnaməsinin surətini nazir Ceyhun Bayramova təqdim edib.

Nazir səfiri təyinatı münasibətilə təbrik edib, ona ölkəmizdəki diplomatik fəaliyyətində uğurlar arzu edib.

Görüşdə Azərbaycan-Çin strateji tərəfdaşlığının siyasi, iqtisadi, ticarət, nəqliyyat-kommunikasiyalar, humanitar aspektləri, habelə regional və beynəlxalq vəziyyət müzakirə olunub.

Ötən ilin “Azərbaycan Respublikası ilə Çin Xalq Respublikası arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə”nin qəbulu ilə əlamətdar olduğu, sözügedən Bəyannamədən irəli gələrək strateji tərəfdaşlığımızın daha da möhkəmləndirilməsi istiqamətində səylərin əhəmiyyəti diqqətə çatdırılıb. Bu xüsusda, yüksək səviyyəli səfərlər və məsləhətləşmə mexanizmlərinin əhəmiyyəti vurğulanıb.

İqtisadiyyat, ticarət, investisiyalar sahələri üzrə əməkdaşlığın genişləndirilməsi üçün geniş potensialın mövcudluğu qeyd edilib.

Избранный
257
29
aznews.az

10Источники