RU

Güclü külək Bakıda 55 ağacı sındırıb - RƏSMİ

Bu gün səhər saat 10:00 üçün olan məlumata görə güclü külək nəticəsində Bakıda 55 ağac sınıb, 15-dən çoxunun budaqları qırılıb.

Bu barədəBakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyindən məlumat verilib.

Qeyd edilib ki, dünən axşam saatlarından Bakı və Abşeron yarımadasında başlayan, güclü küləklə müşayiət olunan leysanla bağlı şəhər kommunal xidmətləri xüsusi gücləndirilmiş iş rejiminə keçib.

Birlikdən bildirilib ki, hazırda birliyin mobil qrupları şəhərin müxtəlif ərazilərində gücləndirilmiş rejimdə işlərini davam etdirir.

Избранный
120
44
aznews.az

10Источники