RU

Ruslar artıq İranda Rəşt-Astara layihəsi üzərində işləyirlər

Rusiyalı mütəxəssislər artıq İrandadırlar və Rəşt-Astara dəmir yolu layihəsi üzərində işləyirlər. Bu barədə jurnalistlərə Rusiya baş nazirinin müavini Aleksey Overçuk məlumat verib.

“Mütəxəssislərimiz artıq İrandadır və işləyirlər”, o, yolun tikintisinin nə qədər vaxt apara biləcəyi ilə bağlı TASS-ın sualını cavablandırarkən deyib.

Bundan əvvəl İranın Moskvadakı səfiri Kazem Cəlali bildirmişdi ki, Rəşt-Astara dəmir yolu 3-4 ildən tez tikilə bilməz.

2023-cü ildə Rusiya və İran arasında “Şimal-Cənub” layihəsi çərçivəsində Azərbaycan və İran arasında Rəşt-Astara yolunun Fars körfəzi limanlarına keçidi təmin edəcək 160 kilometrlik hissəsinin birgə tikintisinə dair saziş imzalanıb. Layihənin ümumi dəyəri 1,6 milyard avrodur. Sənədə əsasən, Moskva və Tehran mal və xidmətlərin layihələndirilməsi, tikintisi və tədarükünü birgə maliyyələşdirəcək.

Избранный
197
anspress.com

1Источники