RU

Prezident sərəncam imzaladı

Prezident İlham Əliyev “III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb.

Demokrat.az sərəncamın mətnini təqdim edir:

“III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə Təşkilat Komitəsinin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 iyul tarixli 198 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, № 7, maddə 847; 2025, № 1, maddə 69) 1-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

1. “Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzas əlavə edilsin:

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini”.

2. “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi sədrinin müavini” abzasından sonra aşağıdakı məzmunda yeni abzaslar əlavə edilsin:

“Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi sədrinin müavini

Azərbaycan Respublikası Mənzil İnşaatı Dövlət Agentliyi İdarə Heyəti sədrinin müavini”.

Избранный
135
15
demokrat.az

10Источники