Bakı. Trend:
Bizim tərəfimizdən antiterror tədbirləri planlaşdırılmamışdı. Ənazı 2020-ci ilin noyabrında belə bir şey yox idi, mən bunu çoxaydın şəkildə deyə bilərəm.
Trend xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyevdekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildənsonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda ifadəedib.
İki ölkə arasında imzalanacaq sülh sazişinin beynəlxalqekspertlər tərəfindən də lazımi şəkildə araşdırılmalı olduğunudeyən dövlətimizin başçısı əlavə edib: “Otuz ildən artıq işğalı, özərazisinin tamamilə dağıdılmasını, etnik təmizləməni və əziyyətlərigörən ölkə olaraq biz beynəlxalq vasitəçilərə yox, məhz Ermənistanaəl uzatdıq”. Sülh müqaviləsinin prinsiplərini tərtib edibErmənistana göndərildiyini, lakin yenə də sükut olduğunu qeyd edənPrezident İlham Əliyev bildirib: “Sonra beş məlum prinsipaçıqlandı. İndi görünür ki, Ermənistan bunları qəbul etməyəyaxındır. Onlar bunu baza kimi götürə bilərlər. Bunu bir neçə iləvvəl etsəydilər, əlbəttə ki, antiterror əməliyyatına ehtiyacqalmazdı. Bu tarixdir və onu göstərir ki, sülhü təşviq edən tərəfməhz Azərbaycan idi, Ermənistan deyil”.