Bu gün Azərbaycan Basketbol Liqasında pley-off mərhələsinin ikinci oyunları keçiriləcəkş
İdman.biz xəbər verir ki, ilk matç "Gəncə" ilə "Şəki" arasında baş tutacaq.
Saat 14:00-da start götürəcək oyun Gəncə İdman Sarayında olacaq. İlk qarşılaşma "Şəki"inin xeyrinə bitib - 85:84. Bu görüşün qalibi yarımfinalda "Sabah" - "Sərhədçi" qarşılaşmasının güclüsü ilə görüşəcək.
Qeyd edək ki, pley-off mərhələsində ikinci oyunlara aprelin 22-də yekun vurulacaq.
İdman.biz