RU

Tramp pomidorun bahalaşmasına səbəb olacaq

Donald Trampa görə pomidor bahalaşa bilər.

Publika.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.

Bildirilib ki, ABŞ-ın 2025-ci il iyulun 1-dən Meksikadan idxal edilən pomidorlara tətbiq edəcəyi ticarət rüsumları qiymətlərin əhəmiyyətli dərəcədə artmasına səbəb ola bilər.

Məqalədə göstərilir ki, ABŞ hazırda pomidorun təxminən 70%-ni Meksikadan idxal edir.

Ekspertlərin fikrincə, məhdudiyyətlərin tətbiqindən sonra bu məhsulun maya dəyərinin 10% artması gözlənilir. Bununla belə, kənd təsərrüfatı şirkətləri daha yüksək rəqəmlərə hazırlaşır.

Избранный
203
1
publika.az

10Источники