RU

"Zirə" 350-yə çatdı

“Zirə” Azərbaycan çempionatlarında 350-ci qolu vurub.

Publika.az xəbər verir ki, bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Yubiley qolu Azərbaycan Premyer Liqasının 31-ci turuna təsadüf edib.

Öz meydanında “Sumqayıt”a 3:1 hesabı ilə qalib gələn Bakı klubunun ilk qolu Premyer Liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.

Ümumilikdə 352 qola sevinən “Zirə” evdə 193, səfərdə 159 dəfə fərqlənib. “Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadır.

Избранный
174
18
publika.az

10Источники