RU

"Zirə" üçün əlamətdar oyun

“Zirə” ölkə çempionatlarında 350-ci qolu vurub.

"Football-plus.az" PFL-in saytına istinadən xəbər verir ki, bu yubiley Misli premyer-liqasının 31-ci turuna təsadüf edib. Öz meydanında “Sumqayıt”a 3:1 hesabı ilə qalib gələn Bakı klubunun ilk qolu premyer-liqada 350-ci olub. Bu topu Georgi Papunaşvili rəqib qapısından keçirib.

Ümumilikdə 352 qola sevinən “Zirə” evdə 193, səfərdə 159 dəfə fərqlənib. “Qartallar” ölkə çempionatları tarixində 350 və daha çox qol vuran 12-ci komandadı.

Qeyd edək ki, “Zirə”nin premyer-liqada ilk qolunu 2015-ci il avqustun 9-da AZAL-la ev oyununda (1:0) Viktor İqbekoyi vurub.

Избранный
170
18
football-plus.az

10Источники