Roma Papası Francis bazar ertəsi 88 yaşında vəfat edib.
Vatikan onun ölümü ilə bağlı bəyanat yayıb.
Ölümündən bir gün əvvəl, bazar günü Papa Francis Pasxa bayramı münasibəti ilə Müqəddəs Piter meydanında minlərlə dindarı təbrik etmişdi.
Əsl adı Jorge Mario Bergoglio olan Papa Francis 2013-cü ildən etibarən, Katolik kilsəsinə rəhbərlik edirdi.