RU

"Konstitusiya və Suverenlik İli" çərçivəsində media nümayəndələri üçün məlumat sessiyası keçirilib (FOTO)

Bakı.Trend

Aprelin 22-də Hüquq və İnsan Haqları İnstitutu “Konstitusiya vəSuverenlik İli” çərçivəsində Azərbaycan Respublikasının Medianınİnkişafı Agentliyi ilə birgə bir sıra media qurumlarınınnümayəndələri üçün məlumat sessiyası təşkil edib.

Trend xəbərverir ki, “Konstitusiya ali hüquqi sənəd kimi: Əsas insan hüquq vəazadlıqlarının Azərbaycan Respublikasının Konstitusiyasındatəminatı” mövzusunda keçirilən bu mühüm tədbir 27 medianümayəndəsinin iştirakı ilə gerçəkləşib.

Tədbirin açılışında iştirakçıları salamlayan İnstitutun İdarəHeyəti sədrinin müavini Vəfaddin İbayev Medianın İnkişafı Agentliyiilə İnstitut arasında mövcud olan səmərəli əməkdaşlıqdan bəhs edib.Eyni zamanda V.İbayev İnstitutun jurnalistlər üçün faydalı olabiləcək resursları və tədbirləri barədə məlumat verib.

Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini NatiqMəmmədli çıxışında “Konstitusiya və Suverenlik İli” çərçivəsindəmedianın qarşısında duran əsas vəzifələrdən danışıb. O, bildiribki, bu dövrdə hüquq və azadlıqların, konstitusiya prinsiplərinincəmiyyətə düzgün çatdırılması medianın əsasməsuliyyətlərindəndir.

N.Məmmədli, həmçinin medianın demokratik dəyərlərin təbliğindəetibarlı və obyektiv platforma rolunu oynamasının vacibliyini dəvurğulayıb.

İnstitutun təlimçi-ekspertləri Zümrüd Əlizadə və Heydər Həsənoğlu Əliyev insan hüquqlarının mahiyyəti, Konstitusiyada təsbitolunan əsas hüquqlar və beynəlxalq müdafiə mexanizmləri barədəgeniş təqdimatla çıxış ediblər. Bununla yanaşı Konstitusiyadatəsbit edilən təhsil, əmək, mənzil, yaradıcılıq azadlığı, anadilindən istifadə, mülki və siyasi hüquqlarla bağlı məsələlər dəmüzakirə olunub.

Məlumat sessiyası qarşılıqlı fikir mübadiləsi və iştirakçılarınsuallarının cavablandırılması ilə yekunlaşıb.

Избранный
197
9
az.trend.az

10Источники