RU

“Melissa Group”un rəhbərinin həbs müddəti uzadılıb

Bakı. Trend:

Alatavada qanunsuz söküntü işləri ilə bağlı həbs edilən “MelissaGroup” tikinti şirkətinin rəhbəri Qalib Məmmədov həbs qətimkanmüddətinin uzadılması ilə bağlı məhkəməyə təqdimat daxil olub.

Trend xəbərverir ki, bu gün Xətai Rayon Məhkəməsində keçirilən prosesdəibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuroruntəqdimatı təmin olunub.

Qərara əsasən, Qalib Məmmədovun həbs müddəti 2 ay müddətinəuzadılıb.

Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 32.3-cü (Cinayətdəiştirakçılıq, cinayətin törədilməsini təşkil etmə və ya həmincinayətin törədilməsinə rəhbərlik etmə, eləcə də mütəşəkkil dəstəvə ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratma və ya bunlararəhbərlik etmə), 186.2.2-ci (Əmlakı qəsdən məhv etmə və yazədələmə, yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəliüsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda) maddələriilə ittiham irəli sürülüb.

Qeyd edək ki, martın 27-də Bakı şəhəri, Yasamal rayonu, Alatavaərazisində söküntü işləri aparan tikinti şirkətinin iş icraçısı vəekskavator sürücüsü saxlanılıb.

Fakta görə Cinayət Məcəlləsinin müvafiq maddəsilə cinayət işiaçılıb. Daha sonra hadisə ilə bağlı “Melissa Group” tikintişirkətinin rəhbəri Qalib Məmmədov saxlanılıb.

Избранный
110
30
az.trend.az

10Источники