RU

ABŞ-ın 12 ştatı Trampın tariflərinə qarşı məhkəmə iddiası qaldırıb

 ABŞ -da 12 ştatdan olan Demokratların baş prokurorları prezident Donald Trampın bir sıra ölkələrə tarifləri artırmasının legitimliyinə etiraz edərək məhkəməyə müraciət ediblər. Bu barədə NBC News məlumat yayıb. 

Nyu-York, Arizona, Kolorado, Konnektikut, Delaver, İllinoys, Men, Minnesota, Nevada , Nyu Meksiko, Oreqon və Vermont rüsumların qaldırılmasını tələb edir.

"Prezident konstitusiya quruluşunu sarsıdıb və Amerika iqtisadiyyatına xaos gətirib", - iddiada deyilir.

Aprelin 2-də Tramp  185 ölkəyə gömrük rüsumları tətbiq etdiyini açıqlayıb.

Gülnar

Избранный
169
3
anews.az

4Источники