RU

Məzarlıqda “qızıl ovçusu” – qəbirlərdən diş oğurlayan şəxs tutuldu

16:23 24.04.2025
16:23 24.04.2025

Qəbirlərdən qızıl dişlər oğurlayan şəxs saxlanılıb.

Mynews.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yerləşən qəbiristanlıqların birində qəbirləri talayan 39 yaşlı Elvin Abbasov saxlanılıb.

Qəbiristanlıqda çalışan E.Abbasov qəbirləri qazaraq qızıl dişləri oğurlamaqda şübhəli bilinir. O, daha sonra oğurladığı qızıl dişləri paytaxtda yerləşən mağazalardan birinə sataraq maddi qazanc əldə edib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.


Избранный
10
43
mynews.az

10Источники