RU

“Balaban sənətkarlığı və ifaçılıq sənəti” UNESCO-nun siyahısına daxil edilib

4-9 dekabr tarixlərində Botsvana Respublikasının Kasane şəhərində keçirilən Qeyri-maddi mədəni irsin qorunması üzrə Hökumətlərarası Komitənin 18-ci sessiyası zamanı Azərbaycan və Türkiyənin birgə təqdim etdiyi “Balaban sənətkarlığı və ifaçılıq sənəti” çoxmillətli nominasiya faylı Komitənin yekdil qərarı ilə Bəşəriyyətin Qeyri-maddi mədəni irsinin Reprezentativ siyahısına daxil edilmişdir.

REAL-ın Avropa bürosu xəbər verir ki, Nominasiyanın qəbulu zamanı ölkəmizin UNESCO yanında Daimi nümayəndəsi Elman Abdullayev çıxış edərək faylın yekdil qəbuluna görə Komitə üzvlərinə təşəkkürünü bildirmişdir. Daimi nümayəndə Balaban sənətkarlı və ifaçılıq sənətinin əsrlər boyu Azərbaycan xalqının qeyri-maddi mədəni irsinin bir parçası olduğunu bildirərək, ölkəmiz tərəfindən bu qeyri-maddi mədəni irsin qorunması və gələcək nəsillərə ötürülməsi istiqamətində görülən işlərdən danışdı.

visiontv.az



Избранный
121
7
visiontv.az

3Источники