ABŞ hərbçiləri martın ortalarında Yəmənin “Ənsar Allah”ının husi üsyançılarına qarşı əməliyyatın başlamasından bəri hərəkatın 800-dən çox hədəfinə zərbələr endirib.
“Report” xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı “X” sosial şəbəkəsində məlumat yayıb.
“Rough Rider” əməliyyatı başlayandan bəri Mərkəzi Komandanlıq qüvvələri 800-dən çox hədəfə zərbə endirib, yüzlərlə husi döyüşçüsünü və bir neçə liderini öldürüb”, - paylaşımda qeyd olunur.
ABŞ hərbçilərinin məlumatına görə, əməliyyat başlayandan bəri husilərin ballistik raket buraxılışlarının sayı 69 %, pilotsuz təyyarələrin zərbələri isə 55 % azalıb.