RU

Saatlıq əməkhaqqı sistemi vətəndaşlara nə qazandıracaq?

Bakı. Trend:

Saatlıq minimum əməkhaqqının tətbiqi vətəndaşlarımızın dahayüksək əməkhaqqı qazanmasına şərait yarada bilər.

Bu barədə Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramovdeyib.

O bildirib ki, saatlıq minimum əməkhaqqı praktikası bir sıraölkələrdə tətbiq olunur:

"Azərbaycanda da bu məsələnin uzun müddətdir müzakirə edildiyiməlumdur və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindənbu praktikanın araşdırılması və tətbiq imkanlarının müzakirəolunduğu bildirilib.

Saatlıq minimum əməkhaqqının tətbiqi vətəndaşlarımız üçün birneçə baxımdan əhəmiyyətlidir. Belə ki, bu, vətəndaşların bir neçəiş yerində işləməsinə və nəticə etibarilə daha yüksək əməkhaqqıqazanmasına şərait yarada bilər. Çünki saatlıq minimum əməkhaqqınıntətbiq olunduğu ölkələrin təcrübəsi göstərir ki, bu praktika bir işyerində çalışan işçilərin də əməkhaqqının artmasına səbəb olur vəxüsusilə əmək müqaviləsi əsasında işləyənlərin gəlirinə müsbəttəsir göstərir".

Vüqar Bayramovun sözlərinə görə, digər tərəfdən, saatlıq minimuməməkhaqqı bayram günləri və iş vaxtından kənar saatlarda çalışanişçilərin də daha yüksək tariflə əməkhaqqı almalarına və nəticəetibarilə onların ümumi maaşlarının artmasına gətirib çıxarır.

"Eyni zamanda, bu sistem işçilərin sosial təminat hüquqlarınınqorunması baxımından da vacibdir. Belə ki, bu mexanizm işlənilənhər bir saata uyğun əməkhaqqı ödənilməsini təmin edir. Ona görə dəbu cür praktikaların Azərbaycanda da tətbiq edilməsi məqsədəuyğunolardı.

Hazırda bu istiqamətdə aparılan müzakirələr və təhlillərgöstərir ki, Azərbaycanda da saatlıq əməkhaqqı rejiminə keçidistisna edilmir", - deyə deputat əlavə edib.

Mövzu ilə bağlı Trend-ə danışan iqtisadçı PərvizHeydərov bildirib ki, ümumiyyətlə, Əmək Məcəlləsindədəyişikliklərə yox, Əmək Məcəlləsinin özünün yaxında yenidənişlənməsinə böyük ehtiyac var.

"Bu da ondan irəli gəlir ki, zaman keçdikcə əməyin tətbiqi,ödənilməsi və şəraiti ilə bağlı çox böyük dəyişikliklər baş verir.Bu, həmişə belə olub, indi də belədir və getdikcə də belə olacaq.Dövr dəyişdikcə, iqtisadiyyat inkişaf etdikcə, istehsala və digərsahələrə texnologiyalar daxil olduqca, 10-15 il bundan qabaq əməyintətbiqi, ödənilməsi və şəraiti ilə bağlı leksikonumuzda,anlayışımızda olmayan müəyyən məfhumlar həyatımıza daxil olur. Bunagörə də məcburuq ki, bunları qanunvericilikdə nəzərə alaq.Bunlardan biri məsafədən işin təşkil edilməsi məsələsidir".

Ekspert qeyd edib ki, 15-20 il bundan əvvəl məsafədən işintəşkili haqqında danışmaq olmazdı:

"Ümumiyyətlə, düşüncəmizdə əməyin tətbiqi, ödənilməsi və şəraitiilə bağlı belə bir anlayış yox idi. Amma texnologiyanın inkişafıilə bağlı artıq əməyin özünün mexanizmi, tətbiqi imkanlarıgenişlənir. Biz bu yerdə məcburuq ki, belə şeyləri qanunvericilikdədə, Əmək Məcəlləsində də nəzərə alaq.

Digəri isə saatlıq əməkhaqqı sisteminin tətbiqidir. Ölkəmizdəminimum aylıq əməkhaqqı anlayışı var və özəl sektorda da, dövlətsektorunda da əməyin ödənilməsi prinsipi məhz bunun nəzərə alınmasıilə həyata keçirilir. Amma inkişaf etmiş ölkələrdə saatlıqəməkhaqqı sistemi ilə tətbiq olunur. Hətta onların bir çoxundaaylıq minumum əməkhaqqı anlayışı yoxdur. Orada saatlıq əməkhaqqısistemi mövcuddur".

İqtisadçı vurğulayıb ki, müqayisə etdikdə, təcrübəyə nəzərsaldıqda görünür ki, saatlıq əməkhaqqı sistemi daha mükəmməl birmexanizmdir.

"Buna görə də onun Əmək Məcəlləsində nəzərə alınması vacibxarakter daşıyır. O cümlədən, digər məsələlər var. Bərabər dəyərliəməyə görə bərabər əməkhaqqının ödənilməsi, yəni ədalət prinsipininnəzərə alınması məsələsindən söhbət gedir. Bir çox amillər vardırki, əməyin tətbiqi, ödənilməsi və şəraiti ilə bağlı xüsusiyyətlərxeyli dəyişdiyindən, təkmilləşdiyindən onların qanunvericilikdənəzərə alınması vacib sayılır", - deyə o əlavə edib.

Qeyd edək ki, bir neçə gün əvvəl "Rəqəmsallaşma və süniintellektin iş yerlərinə təsiri" konfransında əmək və əhalininsosial müdafiəsi naziri Anar Əliyev deyib ki, Azərbaycanda ƏməkMəcəlləsində 200-ə yaxın dəyişiklik üzərində iş aparılır. Budəyişikliklər, əsasən, məsafədən işin təşkil edilməsi, saatlıqəməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabərəməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlaraayrı-seçkiliyin aradan qaldırılması və sair məsələləri nəzərdətutur.

Избранный
124
2
az.trend.az

3Источники