RU

Putin BƏƏ-yə uçub - Dörd qırıcı təyyərənin müşayiəti ilə (FOTO)

Rusiya prezidenti Vladimir Putin Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabiyə səfər edib.

Azpost.info xəbər verir ki, uçuş zamanı prezidentin təyyarəsini Rusiyanın dörd Su-35S qırıcısı müşayiət edib.

Qırıcılar Əbu-Dabiyə enişə qədər bütün uçuş boyu “Air Force One” ilə birlikdə uçub. Onlar müxtəlif dərəcəli standart silahlar daşıyaraq çətin hava – güclü yağış və güclü külək şəraitində havaya qalxıblar.
Təyyarələri pilotlar birinci dərəcəli idarə edib.

“Prezidentin təyyarəsinə havadan dəstək üçün ərazisi üzərində uçuş həyata keçirilən dövlətlərdən xüsusi uçuş icazəsi alınıb. Biz bu dövlətlərə əməkdaşlığa görə minnətdarıq”, – Putinin mətbuat katibi Dmitri Peskov bildirib.

Putinin Əbu-Dabidə BƏƏ rəhbəri Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanla əvvəlcə nümayəndə heyəti tərkibində, sonra isə təkbətək görüşəcəyi planlaşdırılır. Bundan sonra Rusiya prezidenti Ər-Riyadda Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə danışıqlar aparacaq. Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bir müddət əvvəl bildirib ki, gündəliyə ikitərəfli əməkdaşlıq məsələləri, həmçinin Ukrayna və Qəzzadakı müharibələrin müzakirəsi daxildir.

Bu, Beynəlxalq Cinayət Məhkəməsinin həbs qərarı çıxarmasından sonra Putinin səfər etdiyi ikinci MDB-dən kənar ölkədir. Bundan əvvəl Putin Çinə, Qırğızıstan, Qazaxıstan və Belarusa səfər edib. Bütün bu dövlətlər Roma Statutunu imzalamayıblar.

Azpost.info

 

Избранный
516
18
azpost.info

10Источники