Bakı. Trend:
Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən“İctimai proseslər media müstəvisində” mövzusunda II Forumçərçivəsində “Konstitusiya və Suverenlik İli”ndə media gündəmi”nəhəsr olunan panel sessiya təşkil olunub.
Trend xəbərverir ki, Medianın İnkişafı Agentliyinin aparat rəhbəri RəqsanəKərimovanın moderatorluq etdiyi paneldə Müdafiə Nazirliyi,Konstitusiya Məhkəməsi, Ədliyyə Nazirliyi və Ombudsman Aparatınınsəlahiyyətli nümayəndələri spiker qismində çıxış edərək,Konstitusiyamızın bəyan etdiyi niyyətlərdən biri kimi ərazibütövlüyümüzün və suverenliyimizin tam bərpa olunduğunu,suverenliyin gücləndirilməsi baxımından konstitusiyanın ali hüquqiqüvvəsinin ictimai şüurda möhkəmləndirilməsinin əhəmiyyətinivurğulayıb, konstitusiya dəyərlərinin təbliğində medianınəhəmiyyəti ilə bağlı aktual məsələlərə toxunub, bu istiqamətdəhəyata keçirilən kommunikasiya fəaliyyətlərini geniş müzakirəediblər.
Panel iştirakçıları diqqətə çatdırıblar ki, cəmiyyətin hüquqimaarifləndirilməsi, ictimai rəyin düzgün formalaşdırılması və millisuverenlik ideyalarının gücləndirilməsi məqsədilə media xüsusiəhəmiyyətə malik platforma kimi fəaliyyət göstərir, bu sahədəjurnalistlərin fəaliyyəti cəmiyyətlə dövlət qurumları arasındasəmərəli ünsiyyətin qurulmasında və qarşılıqlı etimadın inkişafındaəhəmiyyətli rol oynayır.
Qeyd edək ki, panel müzakirənin sonunda sual-cavab sessiyasıkeçirilib.