RU

Zelenski atəşkəs təklifini RƏDD ETDİ

Ukrayna prezidenti Vladimir Zelenski Qələbənin 80-ci ildönümünün qeyd edilməsi zamanı Moskvanın atəşkəs təklifini rədd edib.

“Busaat.az “xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski, Rusiya Prezidenti Vladimir Putinin 8-10 may tarixlərində Qələbə Günü münasibətilə təklif etdiyi 3 günlük atəşkəsi rədd edib.

Zelenski bu təklifi “ciddi olmayan teatr” adlandıraraq, ABŞ tərəfindən təklif olunan 30 günlük atəşkəsi dəstəklədiyini bildirib. O, həmçinin mayın 9-da Moskvada keçiriləcək parada qatılacaq xarici qonaqların təhlükəsizliyinə zəmanət verə bilməyəcəyini vurğulayıb
Kremlin isə Ukraynanın bu mövqeyini qeyri-müəyyən adlandıraraq, daha aydın cavab tələb edib.

Rusiya rəsmiləri Ukraynanın bu qərarını tənqid edərək, onu sülhə qarşı çıxmaqda və Qələbə Gününün əhəmiyyətini azaltmaqda ittiham ediblər

Şövkət Əliyeva

Busaat.az

Избранный
263
50
busaat.az

10Источники