Bakı. Trend:
ABŞ, Vaşinqton və Tehran arasında İranın nüvə proqramı ilə bağlıdolayı danışıqların davam etməsinə baxmayaraq, İrana qarşısanksiyaları genişləndirib.
Trend xəbər verirki, bu barədə ABŞ dövlət katibi Marko Rubio bəyanatla çıxışedib.
"Dövlət Departamenti İranın Müdafiə İnnovasiyaları vəTədqiqatları Təşkilatı (SPND) ilə əlaqəli üç İran vətəndaşına vəbir təşkilata qarşı sanksiyalar tətbiq edir. Bu qurum 2004-cü iləqədər nüvə silahı yaratma məqsədi güdən və Amad layihəsi kimitanınan proqramın davamçısıdır", – bəyanatda qeyd olunur.
Sənəddə bildirilir ki, sanksiyalara məruz qalan şəxslər "kütləviqırğın silahlarının yayılmasına töhfə verən və ya bu riski daşıyanfəaliyyətlərdə iştirak edirlər".
Rubionun sözlərinə görə, ABŞ bu addımla SPND-nin nüvə silahıüzrə araşdırma və inkişaf potensialını zəiflətməyi və İranın nüvəsilahı əldə etməsinin qarşısını almağı hədəfləyir.