RU

Papikyan: Ermənistan və Almaniya hərbi əməkdaşlığı genişləndirməyə hazırdır

BAKI, 14 may. TELEQRAF

Ermənistan müdafiə naziri Suren Papikyan Berlində almaniyalı həmkarı Boris Pistorius ilə görüşüb.

Teleqraf xəbər verir ki, bu barədə erməni nazir sosial media hesabında məlumat verib.

“Görüş zamanı Ermənistan-Almaniya əməkdaşlığının müdafiə sahəsində inkişafı və inkişaf perspektivlərini müzakirə etdik. Əməkdaşlığın hazırkı səviyyəsini yüksək qiymətləndirdik və onu genişləndirməyə hazır olduğumuzu bildirdik.

Regional və beynəlxalq təhlükəsizliklə bağlı məsələlərə də toxunduq”, - Papikyan bildirib.

Избранный
165
50
teleqraf.com

10Источники