RU

Özbəkistan Yaponiya ilə kadr hazırlığı həyata keçirəcək



Özbəkistan Respublikasının İnvestisiyalar, Sənaye və Ticarət Nazirliyində Yaponiyanın “Sugi Holdings” şirkətinin prezidenti Katsunori Sugiura ilə görüş keçirilib.
Söhbət zamanı təhsil sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi, xüsusilə iki ölkənin aparıcı universitetləri arasında təcrübə və tələbə mübadiləsi proqramlarının genişləndirilməsi müzakirə olunub.


Tədbirin əsas mövzularından birinə - təhsil sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib. Xüsusilə Yaponiyanın Kibi Beynəlxalq Universitetinin imkanları nəzərdən keçirilib. Bu universitet 1990-cı ildə yaradılmış özəl universitetdir. Sosial elmlər, səhiyyə, psixologiya, kənd təsərrüfatı, animasiya mədəniyyəti və digər sahələr üzrə ixtisaslaşmışdır. Tələbə mübadiləsi proqramları mövcuddur və təhsil yapon və ingilis dillərində aparılır.

Təhsil sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, rəqabətqabiliyyətli kadrların hazırlanması, gənclərin beynəlxalq standartlar əsasında təhsil alması üçün imkanların yaradılması istiqamətində razılaşmalar əldə olunub.
Избранный
212
26
newscenter.az

10Источники