AFFA Region Liqasının 2024/2025-ci illər mövsümünün final və III yer uğrunda oyununun yeri və başlama saatı müəyyənləşib.
Apasport.az xəbər verir ki, yarışın həlledici matçları mayın 22-də Qəbələdə təşkil olunacaq.
İlk olaraq saat 14:00-da Qəbələ şəhər stadionunun ehtiyat meydançasında III yer uğrunda qarşılaşma keçiriləcək.
Final görüşü isə saat 17:00-da Qəbələ şəhər stadionunun əsas meydançasında baş tutacaq.
Qeyd edək ki, AFFA Region Liqasının yarımfinal mərhələsinin ilk oyunları keçirilib. Cavab görüşləri mayın 18-də olacaq.
"Kəpəz" braziliyalı ilə anlaşdı - Digərləri gözləmədədir
“Şamaxı” – “Araz-Naxçıvan” oyununu yayımlayacaq kanal dəyişdirilib
Parabadmintonçumuz Bəhreyndə beynəlxalq turnirə qatılıb
“Zirə”nin yeni transfer hədəfi - BRAZİLİYALI HÜCUMÇU
Günün oyunları bu kanallarda