Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) İcraçı direktoru vəzifəsindən azad edilib.
Paytaxt.org xəbər verir ki, Müşahidə Şurasının 15 may 2025-ci il tarixli qərarı ilə Məmmədov Vüsal Ələkbər oğlu tutduğu vəzifədən azad edilib.
Qeyd edək ki, o, bu vəzifəyə 2024-cü ilin 25 iyununda təyin olunmuşdu.
Fərmana əsasən, “Naxçıvan Muxtar Respublikasının Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələri əmlakları ilə birlikdə Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin tabeliyinə verilib.
