RU

FHN: Xocəsəndə taxta sexindəki yanğının yayılmasının qarşısı alınıb

Bakı, 16 may, AZƏRTAC

Bakı şəhərinin Binəqədi rayonu, Xocəsən qəsəbəsində taxta sexinin ərazisində yanğın baş verib və dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

FHN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, yanğından mühafizə bölmələrinin operativ müdaxiləsi sayəsində yanğının yayılmasının qarşısı alınıb.

Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam edir.

Əlavə məlumat veriləcək.

 

Избранный
101
1
azertag.az

10Источники